İŞİD savaş tarixində bir ilkə imza atdı - VİDEO
Bizi izləyin

Dünya

İŞİD savaş tarixində bir ilkə imza atdı - VİDEO

İŞİD terror təşkilatı savaş tarixində bir ilkə imza atıb.

Publika.a-ın xarici mediaya istinadən verdiyi məlumata görə, intihar hücumu havadan pilotsuz uçuş aparatı vasitəsilə videolentə alıb.

İŞİD-in sosial şəbəkədə paylaşdığı videoda Kobani şəhəri hündürlükdən görünür. Kamera daha sonra bir nöqtəni çəkməyə başlayır. Kameranın çəkdiyi nöqtədə İŞİD üzvləri kürd döyüşçülərə qarşı intihar hücumu təşkil edir.

Partlayışdan sonra İŞİD silahlılarının ətrafda gəzdiyi görünür.

Suriyadakı döyüşlərdə istifadə edilən silahlar üzrə mütəxəssis olan Eliot Higgins “İŞİD-in yayımladığı video, kompüter oyunu “Call of Duty”dakı döyüş səhnələrini xatırladır” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm