Dünya
Xamneyi: “Onların əsas qorxusu, nüvəsi olan İran deyil, İslamı olan İrandır“
İran İslam Respublikasının ali dini rəhbəri, ayətullah Xameneyi İslam İnqilabının lideri Xomeyninin vəfatının 23-cü ildönümündə çıxış edib.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, Xameneyi deyib ki, tarixə imzasını atmağı bacaran İran xalqı məhz bu amillərə söykənərək İran İslam Respublikasının timsalında başqa xalqlara dünya imperializminin nüfuz dairəsindən kənar olan, uğurla inkişaf edən İslam dövlətinin modelini təqdim edib:
"Xalqımız bu yolu tərəqqinin zirvələrinə yetişənə və düşməni qəti surətdə ruhdan salana qədər davam etdirəcək. Şübhəsiz ki, müsəlman xalqları, eləcə də İran xalqının gələcəyi keçmişindən daha yaxşı olacaq".
"Quranın məntiqinə görə, qürur və heysiyyəti Allahdan istəmək lazımdır" deyən ali rəhbər əlavə edib: “Həqiqi şərəf və heysiyyat bir nəfərə, yaxud bir cəmiyyətə nəsib olduqda, möhkəm bir sədd kimi, həmin cəmiyyətin üstünə hücuma keçmək, onu mühasirəyə alıb məhv etmək istəyən düşmənin səylərini puç edir”.
Xamneyi vurğulayıb ki, İran xalqının inkişafı, onun dünya və region xalqları üçün örnəyə çevrilməsi İslam İnqilabının düşmənlərini qorxu və təşvişə salan əsas amildir:
"Dünyanın siyasi dairələrinin nüvə sahəsində irəliləyişlər əldə edən İranın təhlükəli olmasını şişirtmələri yalandan başqa bir şey deyil. Çünki onların əsas qorxusu nüvəsi olan İrandan yox, İslamı olan İrandandır".
Publika.Az
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət