90 milyon dəyərində 556 kq heroin ələ keçirildi
Bizi izləyin

Dünya

90 milyon dəyərində 556 kq heroin ələ keçirildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı külli miqdarda narkotik maddə müsadirə olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin narkotik şöbə müdirliyinin əməkdaşları əməliyyat nəticəsində bazar qiyməti 90 milyon lirə (45 milyon manat) olan 16 ayrı torbanın içərisində, ümumilikdə 556 kiloqram 700 qram saf heroin ələ keçirilib. Bu zaman «Bena» adlı polis iti də əməliyyatçılara yardım edib.

Qeyd edək ki, «Narkotik maddələrlə Mübarizə Təcili Fəaliyyət Planı» çərçivəsində Daxili İşlər Nazirliyi tərəfindən koordinasiya edilən layihə baş nazir Əhməd Davudoğlu tərəfindən başladılıb.

Ankara Cumhuriyyət Prokurorluğunun sanksiyası ilə Yeniməhəllə mahalının Ostim səmtində baş tutmuş əməliyyat tədbirləri zamanı bir nəfər şəxs saxlanılıb. Əldə olunmuş bilgilərə görə, o, aşkarlanmış narkotik maddələri Türkiyədən kənara çıxarmaq niyyətində imiş. Ələ keçirilmiş narkotik maddələr mətbuat nümayəndələrinin iştirakı ilə məhv edilib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm