ABŞ işgəncə mərkəzləri bu ölkələrdə qurulub – Xəritə
Bizi izləyin

Dünya

ABŞ işgəncə mərkəzləri bu ölkələrdə qurulub – Xəritə

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) gizli işgəncə mərkəzlərinə ev sahibliyi edən ölkələrin xəritəsi dərc olunub.

Publika.az-ın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, xəritə Sorosun rəhbəri olduğu Açıq Cəmiyyət İnstitutunun hesabatı əsasında hazırlanıb.

Xəritə BBC-nin 2006-cı ildə dərc etdiyi xəritənin daha ümumiləşdirilmiş formasıdır. Məhbusların müvəqqəti saxlanılmasına icazə verildiyi iddia edilən ölkələr arasında Türkiyə, Yunanıstan, Belçika, İngiltərə, İrlandiya, İspaniya və Portuqaliya yer alır.

“The Times” Səudiyyə Ərəbistanı, Tailand, Mərakeş, Misir, Rumıniya, Liviya, Polşa, Özbəkistan və Litva kimi ölkələrdə CIA-nın gizli dindirilmə mərkəzlərinin olduğunu yazıb. CIA-nın dindirilmə mərkəzlərinə ümumilikdə 300 milyon dollar xərclədiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm