Terror qruplaşmasının 180 üzvü məhv edildi
Bizi izləyin

Dünya

Terror qruplaşmasının 180 üzvü məhv edildi

Kamerunda təhlükəsizlik xidmətinin əməkdaşları ən azı 180 terrorçunu öldürüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, terrorçular “Boko Haram” terror qruplaşmasının üzvləridir.

Məlumata görə, qruplaşmanın 400 üzvü Kamerunun Nigeriya ilə sərhəddə yerləşən Amçid şəhərində təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum edib. Terrorçularla toqquşmada təhlükəsizlik xidmətinin əməkdaşlarından heç birinin zərər çəkmədiyi bildirilir.

Oktyabr ayında isə Kamerunun Amçid və Limani şəhərlərində “Boko Haram”ın təxminən 200 üzvü öldürülmüşdü.

“Boko Haram” Nigeriya və qonşu ölkələrdə fəaliyyət göstərən terror qruplaşmasıdır. Qruplaşma nəzarət altında saxladığı ərazilərdə şəriət qaydalarının tətbiqini dəstəkləyir. Əvvəllər “Boko Haram”ın əsas hədəfi ordu və polis olsa da, son vaxtlar dini icmaların liderlərinə hücumlar təşkil edilir.

Qruplaşma 2014-cü ilin mayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm