• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ukrayna hərbçiləri Putini “ələ keçirdilər”

  • Dünya
  • 12 Dekabr 2014 18:23
  • 763 Baxış
Ukrayna hərbçiləri Putini “ələ keçirdilər”

Ukrayna hərbi qulluqçularının Mariupol yaxınlığında keçirdiyi hərbi təlimlərdə Rusiya prezidenti Vladimir Putin və rusiyalı aktyor Mixail Poreçenkovun şəkillərindən istifadə olunub.

Publika.az-ın “lenta.ru” xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə şəhər saytı bildirib.

Putin və Poreçenkovun şəkilləri avtomobilin şüşələrinə yapışdırılıb. Plana görə, şəkillərdəki şəxslər həmin avtomobildə “olublar” və hərbçilərə onları tutmaq əmri verilib. Avtomobil tutulub və atıcı silahdan istifadə olunub. Hərbi təlimlərdə Rusiya prezidenti və aktyorunun şəkillərindən istifadə ideyasının kimə məxsus olduğu məlum deyil.

Qeyd edək ki, hazırda Mariupol yaxınlığında hərbi təlimlər keçirilir. Təlimlərə 129-cu batalyonun döyüşçüləri, həmçinin tank əleyhinə bölük, topçular, desantçılar, istehkamçılar və kəşfiyyatçılar cəlb olunub. Təlimlərdə İsrail və Gürcüstan hərbçiləri də iştirak edir.

Xatırladaq ki, oktyabr ayının sonunda “Donetsk Xalq Respublikası” separatçı quruma səfər edən məşhur rusiyalı aktyor Donetsk aeroportu ətrafında yerləşən mövqedən pulemyotla atəş açıb. Hadisə videolentə alınaraq “Youtube” paylaşma saytında yerləşdirilib. Rusiyalı aktyor tamamilə hərbi formada olub və kaska geyinib.

M.Poreçenkova barəsində Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə cinayət işi açılıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR