Roma papası istefa verə bilər
Bizi izləyin

Dünya

Roma papası istefa verə bilər

Roma papası I Fransiskin yaxınlarından "Le Figaro"ya verilən məlumata görə, papa tezliklə istefaya gedə bilər.

77 yaşlı ilk latın amerikalı papanın öz missiyasını başa vurduqdan sonra taxtından əl çəkəcəyini təxmin edənlər çox idi. Məsələ burasındadır ki, kardinal Berqolyonun bu posta namizədliyinin səbəbi də katolik kilsəsində islahatların aparılması idi. Odur ki, o, sübut etməyə və itirməyə bir şeyi olmayan şəxs kimi tanınırdı. Onun gəlişi ilə kilsənin daha açıq, daha cəlbedici olduğu heç kimdə şübhə doğurmur. Onun sələfləri II İohan Pavel və XVI Benedikt bunu bacarmamışdı.

Eyni mənbə Roma suvereninin dincəlmədən işlədiyini, məzuniyyət götürmədiyini və işə hər gün səhər saat 4:30-da başladığını deyir. Bununla belə o, saatlarla dua edərkən mürgüləməyi də unutmur.

Mümkün istefa qərarı XVI Benediktin tarixi istefası ilə əlaqədar deyil. Qeyd edək ki, papalar ömürlük seçilir və XVI Benediktin vaxtından əvvəl taxtı tərk etməsi görünməmiş hadisə idi. Teoloqlar bu yeniliyin papa hakimiyyətinin zəifləməsinə, onun ilahi xarakterinin sual altına düşməsinə səbəb olacağını deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm