İŞİD-ə ağıq zərbə: 120 silahlı öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-ə ağıq zərbə: 120 silahlı öldürüldü

İraq və Suriyada böyük ərazilərə nəzarət edən İŞİD terror qruplaşması son vaxtların ən böyük zərbələrindən birini alıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İraqın Samarra və Əl-Mutasım yaşayış məntəqələrində İŞİD-in 120 üzvü öldürülüb.

İraq Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada deyilir ki, Səlahəddin vilayətinin Əl-Mutasım qəsəbəsində hava və quru qoşunlarının təşkil etdiyi birgə əməliyyatda 60 terrorçu öldürülüb. Qəsəbə isə İŞİD-dən geri alınıb.

Digər 60 terrorçu da Samarra şəhəri ətrafında zərərzisləşdirilib.

İraq ordusu hava əməliyyatlarına avqust ayından ABŞ-ın hərbi hava qüvvələrinə məxsus təyyarələr yardım edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm