Rusiya İSİD “ordusu”nun sayını açıqladı – Şok rəqəm
Bizi izləyin

Dünya

Rusiya İSİD “ordusu”nun sayını açıqladı – Şok rəqəm

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov İŞİD terror təşkilatında vuruşan silahlıların sayını açıqlayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rusiyalı hərbçi İŞİD “ordusu”nun 70 minə çatdığını bildirib.

V.Gerasimov 50 ölkənin hərbi attaşeləri ilə keçirdiyi görüşdə bölgədəki ağır vəziyyətin yaranmasında Qərbi ittiham edib. Baş Qərargah rəisi Qərb ölkələrinin legitim hökumətləri devirmək üçün hər cür üsullardan istifadə etməsindən Rusiyanın narahat olduğunu deyib.

Ukrayna, İraq və Suriyada baş verən hadisələrinə toxunan və “rəngli inqilab”larla bağlı xəbərdarlıq edən Gerasimov Qərb ölkələrinin başqa ölkələrin daxili işlərə müdaxilə etdiyini və hərbi gücdən istifadə etdiyini söyləyıb.

“Yuqoslaviya və Liviya kimi ölkələrdə bunun şahidi olduq. Hazırda eyni ssenari Suriyada həyata keçirilir”, - rusiyalı general vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm