Təhlükəli B planı
Bizi izləyin

Dünya

Təhlükəli B planı

BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın planının fiaskoya uğramasından sonra ABŞ, Fransa, İngiltərə və Türkiyə B planını həyata keçirmək niyyətindədirlər.

Publika.Az-ın məlumatına görə, bir müddət əvvəl BMT baş katibi Pan Ki Mun "B planı yoxdur" desə də, artıq bunun üçün hazırlıqlar başlayıb.

Planla bağlı ilk müzakirələr bu ay Parisdə keçiriləcək Suriyanın Dostları Toplantısında aparılacaq. Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüqunudan istifadə etməsi səbəbindən Parisdəki toplantı böyük önəm daşıyacaq.

Diplomatik nümayəndələrini Suriyadan çıxaran və sanksiyaların artırılmasını istəyən Qərb artıq hərbi müdaxiləni müzakirə edir.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun fransalı həmkarı Loren Fabiusla apardığı telefon danışığında Paris toplantısı ilə bağlı müzakirələr aparılıb.

Türkiyə noyabr ayında keçiriləcək seçki səbəbindən Suriyaya hərbi müdaxiləyə soyuq yanaşan Obama administrasiyasına,

"Qətliamlar seçki ərəfəsində artarsa, nə edəcəksiniz? Heç gözləmədiyiniz anda Əsəd təzyiqi artıra bilər" mesajını verib.

Türklər Əsədin davam edən qırğınlarının qarşısının alınmasını tələb edir.

Vaşinqtonla Ankara arasında hər gün bununla bağlı fikir mübadiləsinin aparıldığı bildirilir.

Əsədin müxalifətlə davam edən mübarizəsi Suriya iqtisadiyyatını da çətin vəziyyətə salıb. Prezidentin cəmi 5.5 milyard dollar ehtiyatı qalıb. Hər ay silahlı mübarizəyə 1.1 milyard dollar xərcləyən Suriya hakimiyyətinə rusların da yardım etməsi dünya ictimaiyyətini qəzəbləndirib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm