40 ölkənin dini liderləri müzakirələr apardılar
Bizi izləyin

Dünya

40 ölkənin dini liderləri müzakirələr apardılar

Astanada dünya dinləri və ənənəvi dinlərin liderlərinin dördüncü qurultayı başa çatıb.

Publika.Az-ın məlumatına görə, qurultayda dünyanın 40 ölkəsindən gəlmiş 85 nümayəndə heyəti iştirak edib. Foruma Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılıb.

Tədbirdə mədəniyyətlərin və dinlərin qlobal dialoqu ilə əlaqədar mühüm məsələlər müzakirə olunub, dünya birliyinə müraciət qəbul edilib. Sənəddə dini liderlər bütün bəşəriyyəti planetin gələcəyi naminə sülhə, bərabərliyə, ədalətə, quruculuğa çağırıb.

Növbəti qurultay 2015-ci ildə keçiriləcək.

Qurultay çərçivəsində keçirilən tədbirlərdə Moskva və bütün Rusiyanın patriarxı Kirill, Dünya İslam Liqasının baş katibi şeyx Abdella ben Muxsin at-Turki, Ümumdünya Məzhəblərin Yaxınlaşması Assambleyasının baş katibi Ayətulla Məhəmməd Əli Təsxiri və digər tanınmış din xadimləri iştirak ediblər.

İki gün davam edən qurultayın bölmə iclaslarında "Davamlı inkişafın əldə edilməsində dini liderlərin rolu", "Din və multikulturalizm", "Din və qadın: mənəvi dəyərlər və müasir problemlər", "Din və gənclik" və digər mövzularda müzakirələr aparılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm