Erməni müşavir Türkiyə-Ermənistan sərhədlərindən danışdı
Bizi izləyin

Dünya

Erməni müşavir Türkiyə-Ermənistan sərhədlərindən danışdı

Türkiyənin baş naziri Əhməd Davutoğlunun erməni məsləhətçisi Etyen Maxçupyan Türkiyə-Ermənistan sərhədləri barəsində danışıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, o, sərhədinin açılması üçün yerinə yetirilməsi lazım olan şərtləri açıqlayıb.

"Türkiyə və Ermənistan arasında sərhədlər yalnız paket nizama salınma halında açıla bilər. Bu, Türkiyə-Ermənistan münasibətlərinin, həm də Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınmasıdır", - Maxçupyan deyib.

Davudoğlunun məsləhətçi qeyd edib ki, erməni tərəfinin hazırkı mövqeyinin dəyişməyəcəyi halda Türkiyə tərəfindən hər hansı güzəştlər qeyri-mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm