• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Eurovision-2012“: Lorin Rıbakın rekorduna bu qədər yaxın idi...

  • Dünya
  • 31 May 2012 16:53
  • 134 Baxış
“Eurovision-2012“: Lorin Rıbakın rekorduna bu qədər yaxın idi...

57 yaşlı “Eurovision” Mahnı Müsabiqəsində bu günə kimi qalib ölkələr çox olub. Onlar arasında bir neçə dəfə qalibiyyət hissini yaşayanlar olub. Bakı səhnəsində “Eurovision” qalibi elan olunan Lorin də öz ölkəsinə sayca 5-ci qələbə sevincini yaşatdı. Qeyri-adiliyi, möhtəşəmliyi ilə seçilən 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin qalib ölkəsi İsveç yarışmada 53 dəfə iştirak edib.


Publika.Az-ın məlumatına görə, bu müddət ərzində İsveç “Eurovision” Mahnı Müsabiqəsində 5 dəfə – 1974, 1984, 1991, 1999, 2012-ci illərdə qələbə qazanıb.

53 illik təcrübəsində bir dəfə müsabiqənin ikincisi (1966), 5 dəfə (1983, 1985, 1995, 1996, 2011) üçüncüsü olub. İsveç yarışmada iştirak etdiyi 53 ildə 2 dəfə - 1963 və 1977-ci illərdə ən aşağı göstərici göstərib. 2012-ci ildə Bakıda qalib gələn Mərakeş əsilli Lorin (Loreen) 18 ölkədən 12 səs alaraq müsabiqənin 12 bal üzrə rekordunu qırıb. 2009-cu ildə ən çox səs qazanan Norveç təmsilçisi Aleksandr Rıbakın rekordu isə üstələnməyib. Xatırladaq ki, Lorin 372, Aleksandr Rıbak isə 387 səslə “Eurovision” Mahnı Müsabiqəsinin birincisi olub. İsveçin sonuncu qalibiyyəti ilə builki qələbəsi arasında nə az, nə çox - 13 il fasilə olub. 1999-cu ilin mayın 29-da Şarlotta Nilsson adlı müğənni İsraildə keçirilən “Eurovision” Mahnı Müsabiqəsində “Take Me To Your Heaven” mahnısını ifa edərək ölkəsinə “Eurovision” qalibiyyəti gətirdi. 13 ildən sonra isə bunu “Odlar Yurdu”nun paytaxtı Bakıda Lorin etdi.

Familoğlu
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR