• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

6 uşaq anası Facebook-dakı statuslarına görə həbs edildi

  • Dünya
  • 13 Dekabr 2014 05:26
  • 1 148 Baxış
6 uşaq anası Facebook-dakı statuslarına görə həbs edildi

Runa Xan adlı 6 uşaq anası Facebook-da “Suriya terror postları”na görə 5 il üç ay müddətinə azadlıqdan məhrum edilib.

Publika.az-ın məlumatına görə, Londonun Lyuton qəsəbəsində yaşayan 35 yaşlı bilmədən intihar jiletinin şəkilini və Suriyaya getməyin yolları barədə təlimatı məxfi polis agentinə göndərib.

Məhkəmədə dinləməsində polis Xanın əllərində odlu silahlar və qılınc tutan övladlarının fotoşəkillərini nümayiş etdirib. Hakim Peter Birts deyib ki, bu fotoların yalnız bir izahı ola bilər, bu da Xanın başqalarını radikallaşdırmaq niyyətidir.

Gənc qadın sosial şəbəkədə inanclarını paylaşdığını bildirib.

Məhkəmə zamanı bildirilib ki, 2013-cü ilin sentyabrında Xan islamçıların analarına ünvanlanmış “Mücahid uşaqları necə böyütməli?” adlı bir məqaləni Facebook hesabından paylaşıb.

Hakimin qənaətinə görə bu, “qadınları cihada həvəsləndirən təlimat” kimi qiymətləndirilə bilər.

Məhkəmə zamanı həmçinin Xanın digər ekstremist internet saytlarından birində paylaşdığı statuu da təqdim edilib.

“Mən onun gödəkçəsinin zəncirbəndini bağlamağımın şəklini çəkmişəm, inşaalah bir gün onun alnına şəhid sarğısını bağlayıb, əlinə silah verəcəyəm və onu böyük oğlanların oyununda iştirak etməyə göndərəcəyəm” – Xan saytda yazıb.

Prokuror Paul Jarvis bildirib ki, Xan “ekstremist islamçı baxışlara” sahib bir şəxsdir. Onun hərəkətləri məxfi polis agenti olduğunu bilmədiyi bir şəxslə Facebook-da apardığı şəxsi söhbətdən aşkara çıxıb.

Onun Facebook-da həmin məxfi polisə göndərdiyi mesajda Suriyaya getməyin marşrutu göstərilib. Xan bu marşrutun planını ötən cümə günü terrorizm hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş Britaniya vətəndaşı Məhəmməd Nahin Əhməddən aldığını bildirib.

Polis onun evinə 2013-cü ilin oktyabrında reyd keçirərkən onun telefonunda əynində əba, əlində oyuncaq avtomat olan iki yaşlı oğlunun fotosunu aşkar edib.

Evdən tapılmış başqa şəkillərdə Suriyada əllərində silah və hətta bir şəkildə qumbara tutan uşaqlar əks olunub.

Xanın vəkili Jo Sidhu müdafiə etdiyi şəxsi öz dini inanclarında “inadkar” birisi kimi təqdim edib.

Vəkil deyib ki, “bu qadın tamamilə müdafiəsiz, sadəlövh olub və onun düşüncə tərzində heç bir sistemli islami təlim olmayıb”.

Lakin bələdiyyə polisinin antiterrorism bölməsinin başçısı Riçard Ualton bu qənaətdədir ki, Xan sosial mediadan “terrorçuluq aləti” kimi istifadə edib.

“Xan bu mediadan ekstremizmi yaymaq, başqalarını radikallaşdırmaq və uşaqlardan terrorçuluq məqsədi ilə istifadəyə haqq qazandırmaq üçün faydalanıb” – deyə polis zabiti əlavə edib. O bəyan edib ki, hazırda polisin məqsədi interneti terrorçular üçün daha çətin məkana çevirməkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR