113 il əvvəl batan gəmi tapılıb
Bizi izləyin

Dünya

113 il əvvəl batan gəmi tapılıb

Kaliforniya ştatında yerləşən San-Fransisko körfəzində 1901-ci il fevralın 22-də batmış “Rio de Janeyro” sərnişin gəmisinin qalıqları tapılıb.

Publika.az-ın məlumatına görə, kapitan Uilyam Uardın səhvi nəticəsində qəzaya uğramış və üzəri qalın gil qatıyla örtülmüş gəmi batiskafın köməyi ilə San-Fransiskodan cəmi bir kilometr aralıda, dənizin 87 metr dərinliyində aşkarlanıb.

Qeyd edək ki, Çindən ABŞ-a gedən gəmidə 210 sərnişin və heyət üzvü varmış. Onun qayalara çırpılaraq 10 dəqiqə ərzində batması 128 nəfərin ölümünə səbəb olmuşdu. Qəzadan yalnız 82 nəfər salamat qurtara bilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm