ABŞ kosmosda yeni müharibəyə start verdi
Bizi izləyin

Dünya

ABŞ kosmosda yeni müharibəyə start verdi

ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniya ştatındakı Vandenberq bazasından “Atlas 5” raket-daşıyıcıları vasitəsilə “NROL-35” kəşfiyyat peyki buraxılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, kəşfiyyat peyki ABŞ Milli Kəşfiyyat İdarəsi üçün informasiyalar toplayacaq.

“NROL-35” kəşfiyyat peykinin orbitə buraxılmasının xərci və digər detallar açıqlanmayıb. Bundan əvvəl isə ABŞ-ın Hərbi-Kosmik Kəşfiyyat İdarəsi kosmosa “Atlas V” raket-daşıyıcısını buraxıb. Yerli KİV-in yazdığına görə, kosmosa yeni nəsil “NROL-39” kəşfiyyat peykinin göndərilməsi nəzərdə tutulub.

Qeyd edək “Atlas V” raket-daşıyıcılarında Rusiyanın “RD-180” mühərriklərindən istifadə olunur. Lakin 2015-ci ildə hərbi ehtiyaclar üçün xərclər haqqında qanunda Rusiya mühərriklərindən imtina olunub. Rusiya mühərriklərinin Amerika analoqlarının hazırlanmasına 220 milyon dollar ayrılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm