“İran münasibətləri gərginləşdirməkdə maraqlı görünür”
Bizi izləyin

Dünya

“İran münasibətləri gərginləşdirməkdə maraqlı görünür”

İran Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı görünür. Politoloq Vurğun Həsənli bu fikirdədir.

Politoloq Publika.Az-a açıqlamasında İranın Azərbaycanda müqəddəslərin təhqir olunması ilə bağlı iddiası ilə bağlı deyib ki, müqəddəslik məsələsindən siyasi məqsəd naminə yararlanmaq düz deyil: “Çünki siyasət hər bir subyektdən istifadə edir və onu dəyərsizləşdirir. Bu baxımdan İranın müqəddəs elan elədiyi şəxsi siyasətə qatmaması daha yaxşı olardı”.

Politoloq hesab edir ki, Azərbaycan Qafqazdakı İran-Ermənistan-Rusiya üçlüyünün yaratdığı reallığı unutmamalıdır: “Bu üçlüyə qarşı ayıq-sayıq olmalıyıq. Çünki hər üç dövlət ölkəmizin inkişafını qısqanır və suverenliyimizin möhkəmlənməsi əleyhinə siyasət aparır”.

Vurğun Həsənlinin fikrincə, Güney Azərbaycan problemini dünya gündəminə gətirməyin vaxtı çatıb:

“İranla Güney Azərbaycanın fərqini dünyaya anlatmağa başlamılıyıq. Bu məqsəd ətrafında iqtidarlı-müxalifətli, inanclı-inancsız birlikdə çalışmalıyıq. Dünyada Güney azərbaycanlılardan başqa əzilən ikinci bir xalq yoxdur”.

Elnur Eltürk

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm