Dünya Suriyanı qovur
Bizi izləyin

Dünya

Dünya Suriyanı qovur

Huladakı soyqırımdan sonra öz ölkələrindəki Suriya diplomatlarını qovan ölkələr sırasına daha biri əlavə olunub.

Publika.Az-ın məlumatına görə, Bolqarıstan hökuməti Suriya ilə diplomatik münasibətləri kəsərək Sofiyadakı Suriya səfiri Salah Suhar və iki diplomatı "persona non-qrata" elan edib.

Xarici İşlər Nazirliyi suriyalı diplomatlara ölkəni tərk etmələri üçün 72 saat vaxt verib.

Bundan başqa Bolqarıstanın Suriyadakı səfirliyinin də bağlandığı və bolqar diplomatların geri çağırıldığı bildirilib.

Xarici işlər naziri Nikolay Mladenov Bolqarıstan Milli Radiosuna verdiyi açıqlamasında qatil rejimlə heç bir əlaqələrinin qalmadığını deyib.

Mladenov - "Diplomatik əlaqələrimiz kəsilib. Təkrar edirəm qatil rejimlə heç bir ortaq əlaqələrimiz ola bilməz"- deyə bildirib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm