• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Fətullah Gülən “Fənərbaxça“nı məhkəməyə verdi

  • Dünya
  • 30 May 2012 17:55
  • 150 Baxış
Fətullah Gülən “Fənərbaxça“nı məhkəməyə verdi

Türkiyənin "Fənərbaxça" klubu ilə "Gülən Camaatı" arasında uzun müddətdir davam edən gərginlik məhkəmə səviyyəsinə qədər qalxıb.

Publika.Az-ın məlumatına görə, ABŞ-da yaşayan "Gülən Camaatı"nın lideri Fətullah Gülən vəkili vasitəsilə İstanbul məhkəməsinə müraciət edərək, "Fənərbaxça" klubunun martın 19-da keçirilən və "FB TV"-dən canlı yayımlanan təcili toplantıda çıxış edən idman yazarı Ogün Altıparmak və konqres üzvləri Funda Pala və Özgür Qəndildən maddi-mənəvi təzminat tələb edib.

Gülən məhkəməyə verdiyi ərizədə bildirib ki, adları çəkilən şəxslər "Fənərbaxça", eləcə də digər klublar haqqında Türkiyə Futbol Federasiyası və məhkəmənin açdığı istintaq iddialarında onu günahkar çıxararaq, mətbuatda hədəfə çeviriblər.

Fətullah Gülən Özgür Qəndilin çıxışındakı "güc mərkəzləri" və "camaat" ifadələrində ona işarə olunduğunu iddia edərək, hər üç şəxsin hərəsindən 10 min dollar təzminat tələb edib.

Anar Əhmədov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR