Prezidentin ailə sirləri
Bizi izləyin

Dünya

Prezidentin ailə sirləri

ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama "People" jurnalına ailə sirlərini danışıb.

Publika.Az-ın məlumatına görə, "first lady" bildirib ki, o, həmişə tez yatmağı sevir, prezident də onun üstünü örtür, öpür və otağın işığını söndürür.

Mişel Obama jurnala açıqlamasında həyatda heç vaxt istəmədiyi şeydən də danışıb. O bildirib ki, heç vaxt çimərlik paltarında şəkil çəkdirməyi sevmir və buna icazə verməz.

Birinci xanım bu qorxusunun səbəbini izah etməyib.

Buna baxmayaraq, xanım Obama bildirib ki, fiziki cəhətdən ərindən də yaxşı formadadır. Onların ən sevimli məşğuliyyəti trenajor zalında məşq etməkdir.

O, "Mişel Obama prezident xanımı olmasaydı, kim olardı" sualına isə, "Beyons olardım. O, böyük müğənnidir" cavabını verib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm