Polis fəhlənin evinə girdi şoka düşdü - 2000 porno disk
Bizi izləyin

Dünya

Polis fəhlənin evinə girdi şoka düşdü - 2000 porno disk

Tikintidə işləyən Ərhan.A adlı şəxsin “facebook”da tanış olduğu qızları cinsi istismar etdiyi müəyyən edilib.

Publika.az-ın məlumatına görə, İstanbulda tikintidə işləyən 25 yaşlı gəncin bu əməli “facebook”un ABŞ-dakı mərkəzi tərəfindən irəli sürülən iddiadan sonra müəyyən edilib.

Belə ki, həmin şəxs sosial şəbəkədə hesabı 12 yaşlı bir qız adı ilə açıb. Kiçik araşdırma nəticəsində, həmin hesabın kim tərəfindən istifadə edildiyi müəyyən edilib.

Həmin şəxsin 10-15 yaş arası qızları aldadaraq onlarla müxtəlif yerlərdə görüşdüyü müəyyən edilib. O, həmin qızları təhdid edib və çılpaq görüntülərini çəkib. Sonra həmin videoları yayacağnıı deyərək onları cinsi istismar edib. Araşdırma nəticəsində onun evindən 2 mindən çox uşaq porno materialı tapılıb.

Polisə açıqlamasında özünü “xəstə” kimi təqdim edib. Artıq həbs edilən həmin şəxs “əgər tutulmasaydım, aldatdığım bütün uşaqlara təcavüz edəcəkdim” deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm