Dünya
ABŞ-la Rusiya arasında Manas qalmaqalı
Publika.Az-ın məlumatına görə, ABŞ-ın Moskvadakı səfiri Maykl Mak Folun Rusiyanı Qırğızıstana Manas hərbi bazasını bağlamaq üçün rüşvət verməkdə ittiham etməsi iki ölkə münasibətlərni yenidən qarışdırıb.
Mak Folun açıqlamalarına təəccüb edən Rusiya Xarici İşlər Nazirliyi səfirin iki ölkə münasibətləri ilə bağlı fikirlərini nəzakətsiz adlandırıb.
Mak Fol Moskvada Ali İqtisadi Məktəbində çıxışında - "Diplomatik şəkildə danışmayacağam. Kurmanbek Bakiyevə bizim Manas bazasını bağlaması üçün külli miqdarda rüşvət təklif etdiniz. Biz də rüşvət təklif etdik, sizdən 10 dəfə az. Amma nəticə almadıq" - bildirmişdi.
Rusiya XİN-i bildirib ki, Mak Fol bundan əvvəl də bu cür açıqlamalar verərək vəzifəsinə uyğun olmayan hərəkətlər edib.
Səfirlərin vəzifələrinin nağıl danışmaq yerinə həqiqətlərə əsaslanmış şəkildə ölkələr arasında münasibətləri inkişaf etdirmək olduğunu deyən nazirlik Mak Folu ittiham edib:
"Mak Fol Manas bazası ilə bağlı rüşvəti Vaşinqtonun kimə verdiyini daha yaxşı bilməlidir".
Anar Əhmədov
Publika.Az
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ