Dünya
Prezident “Kiçik Venesiya şəhərciyi”nin açılışında iştirak edib
Bazar ertəsi Dənizkənarı Milli Parkdakı "Kiçik Venesiya şəhərciyi" əsaslı yenidənqurmadan sonra istifadə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
"Kiçik Venesiya şəhərciyi" 1960-cı ildə istifadə verilmişdir. 2011-ci il martın 30-da dövlətimizin başçısı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş verib.
Prezident İlham Əliyevə məlumat verildi ki, əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilib, yeni qayıqlar gətirilib, əlavə körpülər və iki restoran inşa edilib. Restoranlardan biri Qərb, digəri isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edəcək.
Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının burada istirahətinin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada görülən işlərlə maraqlandı.
Publika.Az
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!