Suriya ətrafında həyəcan: BMT bəyanat verdi, İngiltərə diplomatı Rusiyaya gedir...
Bizi izləyin

Dünya

Suriya ətrafında həyəcan: BMT bəyanat verdi, İngiltərə diplomatı Rusiyaya gedir...

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Suriyanın Hula qəsəbəsində 108 adamın ölümü ilə nəticələnən hücumları pisləyib.

Publika.Az-ın məlumatına görə, Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunan bəyanatda Suriya ordusu qarşısında ağır silahları yaşayış məntəqələrindən geri çəkmək tələbi yer alıb.

Bəyanatda qeyd edilib ki, dinc əhaliyə yönələn bu cür güc tətbiqi qüvvədə olan beynəlxalq hüquqa ziddir.

Suriyanın BMT-dəki nümayəndəsi Bəşər Cəfəri Təhlükəsizlik Şurasının bəzi üzvlərinin "yalançı sunami" yaratdığını və hadisələrə görə Suriya ordusunun məsuliyyət daşımadığını bəyan edib.

BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annanın bu gün yenidən Suriyaya gedəcəyi xəbər verilir. Onun aprelin 12-də qüvvəyə minən, ancaq sonradan pozulan atəşkəs razılaşmasının yerinə yetirilməsi çağırışı edəcəyi gözlənilir.

İngiltərə xarici işlər naziri Villam Hague isə bu gün Rusiyaya yola düşəcək. BBC müxbirinin verdiyi xəbərə görə, o, rəsmi Moskvayla Suriya iqtidarının dəyişdirilməsi və vətəndaş müharibəsinin qarşısının alınması üçün tədbirləri müzakirə edəcək.

BMT-nin Suriyaya sanksiya qərarına Çinlə yanaşı Rusiya da veto qoyub.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm