• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rus mətbuatı: “Türkiyə düşmən elan edilə bilər”

  • Dünya
  • 13 Dekabr 2014 16:28
  • 757 Baxış
Rus mətbuatı: “Türkiyə düşmən elan edilə bilər”

Rusiya ilə yaxınlaşma xətti götürən Türkiyə Qərbin düşməni elan edilə bilər.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Rusiyanın RİA xəbər agentliyi çıxış edib.

Agentlik “Cənub axını” layihəsinin ləğv edildiyi və yeni xəttin Türkiyə üzərindən çəkiləcəyi barədə Rusiya prezidenti Vladimir Putinin bəyanatından dərhal sonra Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Federika Mogerini və İngiltərə baş naziri Devid Kameronun Ankaraya səfərini xatırladıb. Yazıda qeyd edilir ki, sözügedən səfərlərin məqsədi Rusiyanın inşa etməyi planlaşdırdığı yeni təbii qaz kəmərindən Ankaranın imtinasına nail olmaqdır.

“Burada yalnız Avropa Birliyinin deyil, ABŞ-ın mövqeyini də nəzərə almaq lazımdır. Çünki hazırda Rusiya ilə qazanclı müqavilələr imzalayan bütün tərəflər avtomatik olaraq Qərbin düşməni statusunu alır. NATO-nun üzvü olmasına baxmayaraq, Türkiyə də Qərbin düşmənlərinin olduğu siyahıya əlavə edilə bilər”, - rus agentliyi yazıb.

Agentlik qeyd edir ki, Türkiyə dərhal düşmən adlandırılmayacaq, ilk olaraq fərqli üsulların köməyi ilə Ankaranın Moskvadan aralanmasına çalışacaqlar: “Qərb “kökə və dəyənək” taktikasından, ilk olaraq isə kökədən istifadə edəcək. Avropa Birliyi Türkiyənin qarşısına ən cazibədar təkliflər qoya bilər. Hətta Türkiyənin bir-iki il ərzində Avropa Birliyinə qəbul edilə biləcəyini deyə bilərlər. Bu, təbii ki, Avropa Birliyinin maraqlarına uyğun deyil. Lakin hazırda əsas məqsəd Türkiyəni Rusiyadan qoparmaq və elan edilən layihənin həyata keçirilməsinə maneə olmaqdır. Lakin Ankara və Brüssel bu təklifin mənasının olmadığını anlayırlar. Yarım əsrdir ki, Türkiyə Avropa Birliyinin qapısında gözləyir. Türkiyə də Avropa Birliyinə inanmır. Buna görə də böyük ehtimalla növbəti heyət okeanın o tayından gələcək və “yaxşı polis pis polis”i oyunu oynamağa davam edəcəklər”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR