• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müəllim şagridlərə zibil yedizdirdi

  • Dünya
  • 13 Dekabr 2014 16:49
  • 544 Baxış
Müəllim şagridlərə zibil yedizdirdi

Orta məktəb müəllimi şagirdlərə zibil yedizdirib.

Publika.az-ın məlumatına görə, hadisə Türkiyədə baş verib.

Valideynlər uşaqlarının axşam evə gələndə yemək yemədiyini və yeməyə baxanda özlərini pis etdiyini görəndən sonra şübhələniblər. Valideynlərdən birinin açıqlamasına görə, qızında bu əlamətləri görüb, sorğu-sualdan sonra bu halın səbəbini öyrənib.

Qız müəllimin onunla bərabər 110 şagirdə zibil yedizdirdiyini deyib.

Müəllim əvvəlcə şagirdlərə “ya bu zibili yeyin, ya da sizə işgəncə verəcəm” deyib. Daha sonra əlinə əlcək geyinib və sıra ilə topladığı uşaqlara bir-bir zibil qabından götürdüyü yeməkləri yedizdirib.

Məsələ ilə bağlı valideynlər məktəb rəhbərliyinə şikayət edib. Uşaqlara zibil yedizdirməkdə ittiham edilən müəllim, “sizin uşaqlarınızın sahibi yoxdur.Yaxşı valideyn olsaydınız onların yatılı məktəbə qoymazdınız. Heç kimdən qorxmuram, hara şikayət edirsiniz edin. Mən lazım olanı etmişəm” deyib.

Hazırda müəllim barəsində araşdırma aparılır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR