Gürcüstanda daha bir istefa rəsmiləşdi
Bizi izləyin

Dünya

Gürcüstanda daha bir istefa rəsmiləşdi

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkənin NATO-dakı səfiri Levan Dolidzenin istefasını qəbul edib.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, Dolidze 26 yanvarda öz postunu tərk edəcək.

Onun yerini tutacaq şəxsin kimliyi isə hələ məlum deyil.

Qeyd edək ki, Levan Dolidze "Bizim Gürcüstan - azad demokratiya" partiyasının keçmiş sədri Viktor Dolidzenin qardaşıdır. O, məhz partiyanın noyabrın əvvəlində “Gürcü arzusu” koalisiyasını tərk etməsindən sonra vəzifəsindən istefa verib.

Xatırladaq ki, həmin vaxt Gürcüstanın müdafiə naziri İrakli Alasaniya istefaya göndərilib. Müdafiə nazirindən sonra daha iki nazir və üç nazir müavini istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm