• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şəhid ailəsini aldatdı, pul aldı

  • Dünya
  • 13 Dekabr 2014 18:54
  • 554 Baxış
Şəhid ailəsini aldatdı, pul aldı

Özünü ailənin şəhid oğlunun əsgər yoldaşı kimi təqdim edən şəxs onlardan 700 lirə pul alıb.

Publika.az-ın məlumatına görə, hadisə Türkiyədə baş verib. Həsən B. adlı bir nəfər iki il əvvəl oğlu şəhid olan ailəyə gəlib, həlak olan əsgərin döyüş yoldaşı olduğunu deyib. Həmin döyüşdə ağır yaralandığını, 2 il xəstəxanada qaldığını bildirib.

Əsgər yoldaşını hər gün yuxuda gördüyünü iddia edən fırıldaqçı, bir müddət şəhidin ailəsinin evində qalıb. Həsən B. ailəyə oğullarının şəhid olmamışdan əvvəl ondan borc pul aldığını, indi də özünün köməyə ehtiyacı olduğunu, məscidlərdə gecələdiyini deyib. Oğlunun əsgər yoldaşına kömək etmək istəyən ailə də ona 700 lirə (300 manatdan çox) pul verib. Başqa bir şəhid ailəsinə də baş çəkəcəyini deyən Həsən bir gecə sonra onlardan ayrılıb.

Lakin şəhidin anası onun sözlərindən və hərəkətlərindən şübhələnərək, oğlunun komandirinə zəng edib. Məlum olub ki, həmin hərbi hissədə belə bir şəxs ümumiyyətlə qulluq etməyib. Polis tərəfindən tutulan Həsən B.-nin insanların inamından və duyğularından istifadə edərək fırıldaqçılıqla məşğul olduğu ortaya çıxıb. Saxta “döyüşçüyə” 2 il 6 ay həbs cəzası verilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR