Bərzani və Təlabaninin partiyaları terror siyahısından çıxarıldı
Bizi izləyin

Dünya

Bərzani və Təlabaninin partiyaları terror siyahısından çıxarıldı

Şimali İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani və İraqın keçmiş prezidenti Cəlal Təlabaniyə ABŞ-dan xoş xəbər gəlib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ABŞ Konqresi Bərzaninin Kürdüstan Demokrat Partiyası (KDP) və Təlabaninin Kürdüstan Vətənsevənlər Partiyasını (KYB) “üçüncü sinif terror təşkilatları siyahısı”ndan çıxarıb.

Bu barədə ABŞ dövlət katibinin İraq və İran üzrə məsləhətçisi Brett McGurk “Twitter” hesabından bildirib.

“ABŞ Konqresi KDP və KYB-ni “üçüncü sinif terror təşkilatları siyahısı”ndan çıxarıb. Həmin partiyaların bu siyahıda yer alması Amerikaya səfər etmək istəyən kürdlərə maneə olurdu”, - o, qeyd edib.

Şimali İraq kürd regional rəhbərliyinindən verilən açıqlamada isə bildiriblər ki, Konqresdə qəbul edilən qanunun prezident Barak Obama tərəfindən imzalanacağına ümid edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm