Dünya
Dünyanın ən davakar parlamenti
Hər dəfə yeni qalmaqallarla gündəmə gələn Ukrayna parlamentində daha bir dava düşüb.
Publika.Az-ın məlumatına görə, ölkədə rəsmi dilin yalnız Ukrayna, yoxsa rus dili ilə birlikdə 2 dil olması haqqında qanun layihəsi dünən parlamentdə gərginliyin yaranmasına səbəb olub.
Keçmiş baş nazir Yuliya Timoşenkonun həbsdə olması səbəbindən gərginliyin daha da yüksəldiyi parlament zalı döyüş arenasına çevrilib.
Parlamentdəki davanın səbəbkarı Regionlar Partiyasının üzvü Vadim Kolisniçenko olub. Onun ortaya atdığı “Rus dili rəsmi dil olmalımı?” polemikası davanın düşməsinə səbəb olub.
İçəridə yumruqlardan xilas ola bilməyən millət vəkili çölə çıxdıqdan sonra da hədəfə çevrilib. Parlament qarşısında toplaşan aksiyaçıların arasından atılan idman ayaqqabısı Kolisniçenkoya dəyib.
Parlamentdə baş verən davada yaralanan millət vəkilləri xəstəxanaya aparılıblar.
Anar Əhmədov
Publika.Az
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər