• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Eurovision 2012": finala keçən 10 ölkənin nömrələri məlumdur

  • Dünya
  • 23 May 2012 10:32
  • 134 Baxış
"Eurovision 2012": finala keçən 10 ölkənin nömrələri məlumdur

Publika.Az-ın məlumatına görə, I yarımfinalda finala vəsiqə qazanan 10 ölkənin mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, hər 10 finalçıya iki sual ünvanlanıb. Mətbuat Mərkəzində jurnalistlərin sayı çoxluq təşkil edib. Rumıniyanın «Mandinqa» qrupu finala keçmələrindən məmnun və həyəcanlı olduqlarını bildiriblər.


Moldova təmsilçisi Paşa finala vəsiqə qazanaraq sözünə əməl etdiyini bildirib: «Bizim mahnımız maksimal dərəcədə birinci yerə layiqdir. Final şousunda da əlindən gələni edəcəyini və uğur qazanacağına söz verirəm».

İslandiyanı təmsil edən Gréta Salóme & Jónsi dueti növbəti illərdə də bu yarışmaya qayıdıb-qayıtmayacaqlarını planlaşdırmadıqlarını bildiriblər. Duet üzvləri 2004-cü ildə Türkiyədə keçirilən Eurovision yarışmasında birbaşa finalda iştirak etdiyini və yarımfinaldan finala keçməyin başqa hisslər yaşatdığını deyiblər: «Bizim mahnımız məhəbbətə, bağlılığa həsr olunmuş bir mahnıdır. Bəlkə də mahnının motivləri bir az qəmgindir, amma bu əsl sevgi və ümidə həsr olunub». Macarıstanı təmsil edən «Compact Disko» qrupunun üzvləri ölkələrini yarımfinaldan finala keçirmələrindən dolayı çox xoşbəxt olduqlarını, finalda da layiqli təmsil edəcəklərini qeyd ediblər.

Danimarka təmsilçisi Soluna Samay mayın 26-nı həsrətlə gözlədiyini vurğulayıb.

Albaniya təmsilçisi Rona Nişliu ifasını dünən ölkəsindəki qəzada vəfat edənlərə həsr etdiyini bildirib: «Mən həqiqətən də bu hadisədən çox kədərlənirəm. Çox sevinirəm ki, Avropa xalqı məhəbbətə həsr olunmuş mahnımı, bütün ürəyimlə oxuduğum mahnımı bəyənib mənə səs verdilər».

Kipr adından Bakı səhnəsində çıxış edən gənc ifaçı İvi Adamiu da Odlar Yurdunda keçirilən müsabiqədə ölkəsini təmsil etməkdən qürur duyduğunu deyib.

«Finala vəsiqə qazanmağıma inanmıram» bu sözləri ilə Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou deyib. O bildirib ki, səhnədə çıxış edərkən finala keçmək haqqında düşünmədiyini, sadəcə həmin andan həzz aldığını bildirib.

Rusiyanı təmsil edən «Buranovskiye babuşki» qrupunun üzvü onlara səs verən hər kəsə minnətdarlığını bildirib: «Biz çıxış edərkən alqış səslərindən mahnımızı belə eşitmirdik. Biz hər yerdə o qədər yüksək səviyyədə qarşılanırıq ki, hətta jurnalistlər bizimlə görüşmək uğrunda mübarizə aparırlar». Rusiya təmsilçisi müsabiqənin favoritləri arasında olan İsveç təmsilçisi Loreen haqqında məlumatsız olduqlarını bildiriblər.

İrlandiyanı təmsil edən «Jedward» qrupu Azərbaycan haqqında öz müsbət fikirlərini səsləndiriblər. Daima saçlarını hündür edən iki qardaş, finalda da bu saç düzümü ilə çıxış edəcəklərinə söz veriblər.

«Mandinqa» qrupu mayın 26-da keçiriləcək final mərhələsində 14, Moldova təmsilçisi Paşa 26, İslandiyanı təmsil edən Gréta Salóme & Jónsi dueti 7, Macarıstanı təmsil edən «Compact Disko» qrupu 2, Danimarka təmsilçisi Soluna Samay 15, Albaniya təmsilçisi Rona Nişliu 3, Kipr təmsilçisi İvi Adamiu 8, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou 16, Rusiyanı təmsil edən «Buranovskiye babuşki» qrupu 6, İrlandiya təmsilçiləri «Jedward» qrupu 23 nömrə altında finalda çıxış edəcək.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR