• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Robert Köçəryanın təcili Moskva səfəri

  • Dünya
  • 22 May 2012 16:10
  • 136 Baxış
Robert Köçəryanın təcili Moskva səfəri

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın paytaxtı Moskvaya gedib. Publika.Az Ermənistan mediasına istinadən xəbər verir ki, səfər hazırkı prezident Serj Sarkisyanın şənbə günü siyasətçi-oliqarx, Köçəryanın biznes ortağı, "Çiçəklənən Ermənistan" Partiyasının lideri, deputat Qaqik Sarukyanla görüşündən dərhal sonraya təsadüf edib.

O, Moskvaya bazar günü səhər gedib.

"Moskvaya getməyə həmişə səbəb tapılır. "AFK Sistem"in Direktorlar Şurası üzvünün (Köçəryan nəzərdə tutulur) Rusiyada hər zaman işi var"- "Hraparak" qəzetinin saytında yer alan məqalədə belə deyilir.

Lakin "Çiçəklənən Ermənistan" Partiyasından qəzetə bildiriblər ki, Köçəryanın səfəri Sarkisyanla Sarukyanın koalisiyaya girməsini önləmək məqsədi daşıyır:

"Məsələ ondadır ki, Sarkisyanın Çikaqodakı NATO sammitinə qatılmaması Köçəryanın planlarını pozub. Sarkisyan sammitə qatılmamaqla analoji addım atmış Rusiyanın yeni prezidentinə sadiqlik nümayiş etdirib. Bu isə Köçəryanın Sarkisyanın gözdən salınması istiqamətində fəaliyyətinə zərbə vurub.

Buna baxmayaraq eks-prezident geri çəkilmək niyyətində deyil və 2012-ci ilin əvvəlində keçiriləcək seçkidə postunu qaytarmağa iddialıdır".

Robert Köçəryanın Moskvada Vladimir Putinlə görüşəcəyi istisna olunmur.

Səxavət

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR