“Rusiya tarixinin ən pis hökuməti...“
Bizi izləyin

Dünya

“Rusiya tarixinin ən pis hökuməti...“

Politoloq Qabil Hüseynli Rusiyanın yeni hökumətinin tərkibini Publika.Az-a şərh edərkən Vladimir Putinin qeyri-rus millətdən olan şəxslərə vəzifə verməməsinə diqqət çəkib.

Politoloq hesab edir ki, Vladimir Putin bu dəfə qeyri-millətdən olan şəxsləri kənarda qoymaqla öz əsl simasını göstərib. Onun qənaətinə görə, yeni hökumətdə əsasən Putinin uşaqlıq dostları və yaxınları yer alıb: "Bu dəfəki hökumət Rusiya tarixinin ən pis hökumətidir desək, yanılmarıq. Nazirlər Kabinetinin yeni tərkibində peşəkar məmurlara çox az yer verildi.

Əsasən Vladimir Putinlə şəxsi münasibətləri olan, onunla dostluq əlaqəsinə malik şəxslər yer aldı ki, bununla da yeni hökumətin qüsurlu formalaşdığını söyləmək olar.

Dmitri Medvedevin baş nazir postuna gətirilməsi o deməkdir ki, Putin Rusiyanı avtoritar üsulla idarə etməkdə davam edəcək və bu istiqamətdə siyasəti daha radikal olacaq. Digər məqam isə yeni hökumətdə ümumiyyətlə qeyri-millətdən olan şəxslərə yer verilməməsi ilə bağlıdır.

Bundan öncəki hökumətdə türk soylu iki nazir təmsil olunurdusa, bu dəfə həm Daxili işlər naziri Rəşid Nurgəliev, həm də Fövqəladə hallar naziri Sergey Şoyqu kənarda qoyuldu.

Hesab edirəm ki, Vladimir Putinin Rusiya hökumətini formalaşdırarkən, yalnız rus xalqına yer verməsi, onun millətçilik mahiyyətindən irəli gəlir. Rusiyanın yeni prezidenti bu dəfə qeyri-millətdən olan şəxsləri kənarda qoymaqla, özünün əsl simasını göstərdi".

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm