"Biz yalnız vahid olmaqla təcavüzkara qalib gələ bilərik"
Bizi izləyin

Dünya

"Biz yalnız vahid olmaqla təcavüzkara qalib gələ bilərik"

“Ukrayna nüvə dövləti statusunu bərpa etməyəcək”.

Publika.az-ın-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Ukraynanın nüvə statusunu bərpa etmək arzusu yoxdur. Bu, tamamilə məsuliyyət addım olardı. İnanın ki, nüvə silahı müasir dünyada təhlükəsizliyin gücləndirilməsi yolu deyil. Bu, iyirminci əsrin texnologiyasıdır. Biz yalnız vahid olmaqla təcavüzkara qalib gələ bilərik”, - deyə prezident qeyd edib.

Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk ölkənin nüvə dövləti statusunu bərpa etməli olduğunu bildirib. Ölkənin bir sıra ekspertləri də bunun vacibliyini dilə gətirirlər.

Rusiya isə Qərblə münasibətlərinin gərginləşməsindən sonra dəfələrlə nüvə silahına malik olduğunu xatırladadaraq qarşı tərəfi şantaj edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm