İran səfirliyi önündə öpüşmək doğrumu qərar idi?
Bizi izləyin

Dünya

İran səfirliyi önündə öpüşmək doğrumu qərar idi?

"İdea" Gənclər Təşkilatının sədri və onun nişanlısının İranın Türkiyədəki səfirliyinin önündə küçəyə uzanıb öpüşmələri bir neçə gündür ki, gündəmdədir.

Gənclərin bu aksiyası Ankarada Güney Azərbaycan Forumunun baş tutmaması üçün Türkiyəyə təyziq göstərən İrana etiraz məqsədilə keçirilmişdi.

Publika.Az-a açıqlama verən təşkilat sədri Azər Aydın bildirib ki, aksiyadan sonra onun Bakıda yaşayan nişanlısına təyziqlər başlayıb. Onun sözlərinə görə, özünün telefonuna da müxtəlif nömrələrdən zənglər gəlir, onu təhqir edir, hədələyirlər.

Bəs siyasi etirazın bu formada çatdırılması doğrudurmu?

Millət vəkili Fazil Mustafa deyir ki, hansısa siyasi mövzu ilə bağlı belə etiraz forması məsəlinin mahiyyətini kiçildir:

"Bu vəziyyət müsbət nəticə əldə eləmək imkanı vermir, əksinə mənfi rəy formalaşdırmaq üçün əsas yaradır. Burda milli dəyərlər bir tərəfə, qeyri- peşəkarlıqla özümüzə töhmət gətiririk. Siyasi məsələləri iki müğənninin səhnədə

öpüşməsi müstəvisinə gətirib çıxarmaq olmaz. Kimsə şou yaratmaq istəyirsə, başqa səbəb tapsın. Etirazın dünyada yüzlərlə forması var. Belə yersiz hərəkətlərlə Azərbaycana töhmət gətirəcək heç nəyə yol verilməməlidir. Kimliyindən, siyasi istiqamətindən asılı olmayaraq hamı buna diqqət etməyə borcludur".

Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı isə bildirib ki, həmin səhnə polisin gözü qarşısında baş verib. Qanunsuz nəsə olsaydı polis reaksiya verərdi:

"Qanun çərçivəsində baş tutan bütün etiraz formaları keçərlidir. Mən heç kimin işinə qarışmıram, heç kimin də qeyrətinin qoruyucusu deyiləm. Heç kimin də qeyrətini çəkən deyiləm, mənim qeyrətimi çəkənlər üçün isə dövlətdən xüsusi maliyyə ayrılmasını istəyirəm. Gənclərin təhdid olunması əslində normal halıdır. Bizdə hamının işi başqalarının namusunu müdafiə etməkdir"

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm