İŞİD Bağdada yaxınlaşır
Bizi izləyin

Dünya

İŞİD Bağdada yaxınlaşır

ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin aviazərbələri İŞİD terror təşkilatını dayandırmaq üçün kifayət etmir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, terror qruplaşması İraqın Anbar vilayətində irəliləməkdə davam edir.

Anbar vilayətinin Məclis başçısı Sabah Kerhut İŞİD-in dayandırılması Bağdaddan quru və hava hücumlarının gücləndirilməsini istəyib. O, İraq parlamentinin sədri və baş nazirlə telefonla danışaraq vəziyyətin ciddiliyini onlara çatdırdığını bildirib.

Onun sözlərinə görə, mərkəzi hökumət quru qüvvələrin göndəriləcəyi və hava hücumlarının gücləndiriləcəyi barədə sözü verib. diyini də sözlərinə əlavə etdi. Sabah Kerkut İŞİD-in Anbar vilayətinin bir çox hissəsində hücuma başladığını ifadə edib.

Məlumata görə, İŞİD son olaraq Ramadi şəhərinin 12 kilometr qərbindəki Cəbhə kəndini ələ keçirib. Anbar vilayəti üzərində nəzarətin əldən verilməsi Bağdadın böyük təhlükə altında qalması deməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm