Poroşenko BMT-dən tələb etdi
Bizi izləyin

Dünya

Poroşenko BMT-dən tələb etdi

“Ukrayna münaqişəsi BMT Təhlükəsizlik Şurasının səmərəsizliyini bir daha göstərdi”.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Avstraliyanın AVS telekanalına müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, Donbas hövzəsindəki münaqişə qlobal təhlükəsizliyin müharibədən sonrakı sistemin, həmçinin BMT Təhlükəsizlik Şurasının səmərəsizliyini nümayiş etdirdi.

“Biz tamamilə açıq olmalıyıq. Donbas hövzəsindəki münaqişə qlobal təhlükəsizliyin müharibədən sonrakı sistemin, həmçinin BMT Təhlükəsizlik Şurasının səmərəsizliyini nümayiş etdirdi. Bu isə ona görə oldu ki, daimi üzvlərdən biri, təcavüzkar veto hüququna malikdir. Biz dünyada çox təhlükəli vəziyyətin inkişafını dayandıra biləcək yeni sistemi hazırlamalıyıq”, - Pyotr Poroşenko deyib.

Ukrayna prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının effektivliyini yüksəltmək üçün daimi üzvlərin veto hüququnu ləğv etmək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm