Obamanın məsləhətçisi: "Oğlum Putini hədələyir"
Bizi izləyin

Dünya

Obamanın məsləhətçisi: "Oğlum Putini hədələyir"

ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi, hazırda isə Harvard Universitetinin professoru olan tanınmış siyasətçi Samanta Pauer Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqət çəkəcək münasibət bildirib.

Axar.az xəbər verir ki, Samanta Pauer oğlunun Putini Rusiyaya getməklə hədələdiyini vurğulayıb.

Pauer oğlunun həssas olduğunu qeyd edib:

"5 yaşlı oğlum Putinə nifrət edir. O, Rusiyaya Putinlə görüşməyə gedəcəyini deyir".

Xatırladaq ki, Samanta Pauer 2013-cü ilin avqustundan BMT-də ABŞ-ın daimi nümayəndəsi olub. Bir müddət xarici siyasi məsələlər üzrə ABŞ Prezidenti Barak Obamanın böyük məsləhətçisi də işləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm