Fransanın nikahsız “first lady“si - FOTOLAR
Bizi izləyin

Dünya

Fransanın nikahsız “first lady“si - FOTOLAR

Bir neçə gün əvvəl yeni prezident Fransua Ollandın nikahsız yaşadığı keçmiş jurnalist Valeri Triervellenin statusunun nə olacağı müzakirə olunmağa başlayıb.

Prezidentlik postunu Nikola Sarkozidən təhvil alan Olland "Champs Elysee" küçəsində xalqı salamlamağa tək getdi.

Ollandın nikahsız yaşadığı, keçmiş jurnalist Valeri Triervellenin statusunun nə olacağı isə hələ dəqiqləşməyib.

Fransada prezidentlərin arvadlarına "Baş xanım" deyə müraciət olunduğu halda Triervelleyə bu cür müraciət edilib-edilməyəcəyi ölkədə maraqla qarşılanır.

Məsələ ilə bağlı açıqlama verən Valeri Triervelle, "Bu müraciət forması elə də yaxşı başadüşülən termin deyil. Başqa bir ifadə tapmaq lazımdır. Mən bu məsələdə hər cür məsləhətləşməyə açığam" deyib.

Prezidentlik postunun təhvil alınması ilə bağlı Triervelle jurnalistlik karyerası ərzində belə bir an yaşamadığını söyləyib.

Fransua Hollandla ABŞ-da keçiriləcək G-8 toplantısında iştirak edəcək Triervelle əvvəllər bu cür səfərlərə jurnalist kimi qatıldığını deyib.

ABŞ-ın birinci xanımı Mişel Obama ilə səhər yeməyinə qatılacaq Fransanın yeni "first lady"si, Çikaqoda məktəblərin birinə də baş çəkəcək.

Fransua Ollanda 2006-cı ildən bir yerdə yaşayan Valeri Triervelle Fransanın Yelisey Sarayına çıxan ilk nikahsız "first lady" oldu.

Qeyd edək ki, 1958-ci il Konstitusiyasına görə, prezident xanımlarının rolu və vəziyyəti ilə bağlı heç bir maddə yoxdur.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm