• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ukrayna hərbçilərinin sayını artırır

  • Dünya
  • 14 Dekabr 2014 08:46
  • 461 Baxış
Ukrayna hərbçilərinin sayını artırır

Ölkənin şərqindəki rusiyapərəst separatçılarla mübarizə üçün Ukrayna öz hərbi büdcəsini ikiqat artırmaqla 3 milyard dollara çatdırmalıdır.

Publika.az xəbər verir ki, bu təkliflə Ukraynanın müdafiə naziri Stepan Poltorak çıxış edib.

Hərbiyyənin müasir silahlara ehtiyacı olduğunu deyən Stepan Poltorak orduya çağırılanların sayının artırılmasını da zəruri hesab edir. Müdafiə naziri 2015-ci ildə orduya 45 min mükəlləfiyyətlinin çağırılacağını və 10 min adamın xidmətə müqavilə əsasında cəlb olunacağını bildirib.

Yeni planlara görə ölkənin şərqində hərbçilərin sayı 232 mindən 250 minə çatdırılmalıdır.

Ukraynanın bir neçə istiqamətdən təhlükə ilə üzləşdiyini deyən Stepan Poltorak şərq və cənubdakı Dnestryanı ilə sərhədə əlavə qüvvənin göndəriləcəyini bildirib.

"Bizə təhlükə yalnız şərqdən yox, cənubdan da mövcuddur. Orada ordu birləşmələrinin sayını artırmaq lazımdır. Zənnimcə bu batalyondan daha əsaslı şəkildə artıq olacaq. Çünki o tərəfdən Dnestryanı təhlükəsi var”, - Poltorak deyib.

Qeyd edək ki, son 8 ay ərzində davam edən Ukrayna böhranı 4 mindən artıq adamın ölümünə bais olub. 1 milyon adam isə evlərindən didərgin düşüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR