Bir kənd torpaq altında qaldı
Bizi izləyin

Dünya

Bir kənd torpaq altında qaldı

İndoneziyada leysan yağışları səbəbindən baş verən sürüşmə nəticəsində sürüşmə nəticəsində Yava adasında yerləşən Cemblun kəndi palçıq və daş yığını altında qalaraq tamamilə məhv olub.

Publika.az-ın məlumatına görə, kəndin yüzə yaxın sakini itkin düşüb, ən azı 11 nəfər həlak olub.

Yollar dağıldığından bəzi yaralılara tibbi yardım hadisə yerində göstərilib.

İtkin düşənlərin axtarışı üçün yüzlərlə xilasedici cəlb olunub. Lakin ağır texnika və avadanlıq çatışmadığından axtarışlar ləng gedir. Yolların yararsız hala düşməsi, elektrik enerjisi xətlərinin sıradan çıxması və pis hava şəraiti də xilasetmə işlərinin aparılmasını çətinləşdirir.

Sürüşməyə məruz qalan ərazilərdən yüzlərlə insan təxliyə olunaraq müvəqqəti sığınacaq mərkəzlərində yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm