
BMT-nin 190 üzv dövlətinin nümayəndələri iqlim dəyişikliyi ilə bağlı sazişin bəzi hissələri haqqında razılığa gəliblər.
Publika.az-ın məlumatına görə, razılaşmanın gələn ilin dekabrında Parisdə imzalanması planlaşdırılır.
BMT-nin Perunun paytaxtı Lima şəhərində keçirilən sessiyasında razılaşmaya əlavə ediləcək bir sıra təkliflər nəzərdən keçirilib. Sənəddə həmçinin hər bir ölkənin 2015-ci ilin əvvəlində qlobal istiləşmənin qarşısının alınması istiqamətində nə edə biləcəyi də göstərilir.
Ehtimal edilir ki, iqlim dəyişikliyi ilə mübarizədə konkret tədbirlər haqqında genişmiqyaslı razılaşma gələn ilin dekabrında Parisdə qəbul olunacaq.