“Putin üçün çətin dönəm başladı” – AÇIQLAMA
Bizi izləyin

Dünya

“Putin üçün çətin dönəm başladı” – AÇIQLAMA

“Vladimir Putin Rusiyada dayaqlarını itirib. Bu səbəbdən növbəti prezidentlik dövrü onun üçün heç də asan keçməyəcək”. Publika.Az-a danışan politoloq Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin inaqurasiya mərasiminə münasibət bildirərkən belə deyib.

Politoloq hesab edir ki, Vladimir Putin son addımı ilə Rusiyanı 20 il dala atıb: “Dünyada demokratik dəyərlərə sadiqlik göstərildiyi, Qərb ölkələrində tam demokratik və şəffaf seçkilər keçirildiyi bir dönəmdə Rusiyada seçimlər saxtalaşdırılır, inzibati metodlar işə düşür.

Rusiya ictimaiyyəti Vladmir Putinə inanmır, son seçkilər və seçkiöncəsi mitinqlər də göstərdi ki, Putin rus ictimaiyyətindən dəstək almır. Sadəcə o, inzibati rıçaqları işə salaraq, zor gücünə hakimiyyəti əldə saxlaya bilir. Onun özünü demokrat göstərmək cəhdləri də dünya birliyində gülüşlə qarşılandı. Dmitri Medvedevdən vasitə kimi istifadə edərək, guya prezidentlikdən imtinası necə qarşılandısa, onun inaqurasiyası da elə qəbul ediləcək”.

Vladimir Putinin növbəti prezidentliyi dövründə Rusiya-Azərbaycan arasındakı münasibətlərin perspektivindən danışan politoloq deyib ki, Rusiya növbəti yeddi ildə də imperiya maraqlarını önə çəkəcək: “Başa düşmək lazımdır ki, Rusiya postsovet məkanına daxil olan ölkələrə, o cümlədən Azərbaycana imperiya maraqları çərçivəsində yanaşıb. Növbəti yeddi ildə də analoji siyasət davam edəcək. Kimlərsə münasibətlərin normallaşacağını düşünürsə, yanılır”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm