Öcalandan şok: “Mən türk millətçisiyəm” – Video
Bizi izləyin

Dünya

Öcalandan şok: “Mən türk millətçisiyəm” – Video

Dünən Öcalanın 1999-cu ildə həbsdən sonra dindirilməsinin üçüncü videosu yayılıb.“Axar.az” bundan öncə PKK terror təşkilatının lideri Abdullah Öcalanın birinci və ikinci videosunu yayımlamışdı. Öcalan bu dəfəki videosunda bir türk millətçisi olduğunu dilə gətirir və Ərbili işğal etməyi təklif edir. Terrorçu başı həmçinin hazırda İraqın prezidenti Cəlal Təlabani və Şimali İraq kürd bölgəsinin lider Məsud Bərzani haqqında da maraqlı iddialarla çıxış edir:

Bərzani və Təlabani Türkiyəni satar

Təlabani və Bərzaninin arxasında böyük güclərin olduğunu bildirən Öcalan deyir:“Bunlar Türkiyəni satarlar. Həmçinin çox ucuza Türkiyəçi də olarlar”.

Ərbilə girməyi təklif edirəm

Xalqın Bərzani və Təlabaniyə nifrət etdiyini bildirən PKK lideri onunla danışan dövlət adamlarına Ərbili almağı təklif edir.

Şivan Pərvər özünü Xomeyni zənn edir

Öcalan videonun başqa bir hissəsində kürd müğənni Şivan Pərvər haqqında da ilginc sözlər deyir: “Şivan türkü oxuyur, özünü Xomeyni zənn edir. Həmçinin özünü kürd öndəri olaraq göstərməyə çalışır”.

Daha ətraflı videoda:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm