Çeçenistanda hüquq-müdafiə təşkilatının ofisi yandırıldı
Bizi izləyin

Dünya

Çeçenistanda hüquq-müdafiə təşkilatının ofisi yandırıldı

Çeçenistan paytaxtında "İşgəncələr əleyhinə komitə" adlı hüquq-müdafiə təşkilatınmın ofisində yanğın baş verib.

Publika.az-ın məlumatına görə, hüquq müdafiəçiləri mümkün basqından ehtiyyat edərək ofisin yerləşdiyi mənzili hadisədən əvvəl tərk etdiklərindən onların arasında yanğından zərər çəkən olmayıb.

Təşkilatdan BBC Rus xidmətinə verilən məlumata əsasən, hüquq müdafiəçiləri hazırda mehmanxanaya köçüblər. Təşkilat nümayəndəsi Sergey Babinetsin sözlərinə görə, hüquq müdafiəçiləri yanğın törədilməsi barədə ərizə ilə polisə müraciət etməyə hazırlaşırlar. Onların sözlərinə görə, hadisə baş verməmişdən əvvəl əllərində silah maskalı şəsxlər təşkilat fəallarını avtomobildə təqib ediblərmiş.

Bu arada "Mediazona" portalının məlumatına görə, daxili işlər nazirinin müavini Apti Alaudinov Çeçenistan ərazisində yerli polis hüquq müdafiəçilərinin təhlükəsizliyinə təminat vermək imkanında olmadığını bildirib.

Hazırda "İşgəncələr əleyhinə komitə" əməkdaşlarının Çeçenistandan evakuasiyası məsələsi həll olunmaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm