Sidneydə terrorçular tələblərini açıqladı - FOTOLAR (YENİLƏNİR)
Bizi izləyin

Dünya

Sidneydə terrorçular tələblərini açıqladı - FOTOLAR (YENİLƏNİR)

Terrorçunun kafedə saxladığı girovların sayı açıqlandı.

Sidneydəki “Martin Place” ticarət mərkəzində yerləşən “Lindt” kafesində terrorçu tərəfindən saxlanılan girovların sayı təxminən 15 nəfərdir. Bu barədə “Channel 7” telekanalının jurnalisti Kris Rizon “Twitter” səhifəsində yazıb. Qeyd edilir ki, telekanalın redaksiyasının pəncərələri kafenin olduğu küçəyə açılır və buradan kafenin içərisini aydın görmək mümkündür.

Kris Rizonun sözlərinə görə, girovlar arasında yaşlı qadınlar və kişilər də var. Kafedə uşaqların olmadığı bildirilir. Telekanal əməkdaşı həmçinin yazıb ki, girovlar ərəb hərfləri yazılmış bayrağı pəncərənin qarşısında növbə ilə saxlayırlar.

11:54

Avstraliyanın baş naziri Toni Ebbot Sidneydə baş verən hadisə ilə bağlı Milli Təhlükəsizlik Komitəsinin fövqəladə iclasını çağırıb. İclasda fəaliyyət planının hazırlanacağı deyilir. Baş nazir hadisənin baş verdiyi Yeni Cənubi Uels ştatının başçısına bütün mümkün vasitələrlə dəstək təklif edib. O, hadisənin siyasi motivlərə malik olduğunu bildirib.

Polis kafenin olduğu binanı mühasirəyə alıb və şəhərin mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində ticarət mərkəzinin ətrafındakı Sidney opera teatrı və ABŞ baş konsulluğu təxliyyə edilib.

Girovları saxlayan silahlının hələlik yalnız iki tələbi var: baş nazir Toni Ebbot ilə görüşmək və ona "İslam Dövləti” (İŞİD) terror qruplaşmasının bayrağının gətirilməsi.

10:44

Son məlumatlara görə, iki qadın “Lindt” kafesinindən çıxa bilib. Hər iki qadın kafenin işçisidir.

Polis onların terrorçular tərəfindən azad olunduğunu və yaxud qaçdığını dəqiqləşdirir. Daha əvvəl isə kafedən üç nəfər çıxıb. Girov saxlanılan insanların dəqiq sayı məlum deyil.

Polisə istinadən “The Daily Telegraph” qəzeti yazır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları kafeni tutan silahlı şəxslə əlaqə yarada bilib. Terrorçu ilə danışıqlar aparılır. Lakin danışıqların təfərrüatları açıqlanmır. Yalnız məlumdur ki, girovlardan heç kimi zərər çəkməyib.

Cinayətkar polisdən Avstraliyanın baş naziri Toni Ebbot ilə əlaqənin yaradılmasını tələb edib.

09:50

Girov götürülən sakinlər kafenin pəncərəsində "Şəhadət bayrağı"nı əllərində tutub. Bayraq Suriyada Əsəd hökumətinə qarşı mübarizə aparan "Əl-Nüsra cəbhəsi" ekstremist qruplaşmasına aiddir. İnsident Sidneydə terrora qarşı mübarizə çərçivəsində 25 yaşlı şəxs şübhəli bilinərək həbs edildikdən 1 saat sonra baş verib.

Terrorçuların sayı məlum deyil. Ehtimal olunur ki, girovları saxlayan bir nəfər terrorçudur.

Şahidlərin sözlərinə görə, Bakı vaxtı ilə saat 2:45-də kafeyə girən saqqallı kişinin başında sarğı olub. O, kafeyə girərək göy paketin içərisindən tüfəng çıxardıb. Deyilənlərə görə, o, qılınc və bomba ilə də silahlanıb.

09:39

Sideny kafesində onlara insanı girov saxlayan cinayətkarlardan biri şəhərdə 4 bombanın quraşdırıldığını elan edib. O, bombanın yerləşdiyi məkanların adını açıqlamayıb. Hakimiyyət vətəndaşları təşvişə düşməməyə çağırıb.

Bir sıra binaların sakinləri təxliyə olunub. Əsasən, Sideny Opera Teatrı, ABŞ konsulluğu, Yeni Cənubi Uels Dövlət kitabxanası və Yeni Cənubi Ali Məhkəmə binasında insanlar təxliyə edilib.

Polis naməlum sayda girov saxlayan terrorçulardan biri haqda məlumat əldə edə bilib.

Kafenin pəncərəsindən əllərində İslam bayrağı tutan onlarla qadın və kişinin olduğu görünür. Girov götürülənlərdən 3 kişi cinayətkar qrupun əlindən qaça bilib.

Qeyd edək ki, hadisə Avstraliya vaxtı ilə bu gün səhər saat 3:45 radələrində baş verib.

09:28

Bu gün səhər saatlarında Avstraliyanın Sidney şəhərində “Martin Place” ticarət mərkəzində yerləşən “Lindt” kafesində naməlum şəxslər insanları girov götürüb. Girovların sayı onlarladır.

Publika.az “Daily Mail” xəbər saytına istinadən xəbər verir ki, naməlum şəxslər Avstraliyanın baş naziri Tonni Ebbotun onlarla əlaqə yaratmayacağı halda, məkanı partladacağı ilə hədələyib.

Terroristlər girovlara pəncərədə əllərində ərəb yazısı olan bayraqla dayanmaq əmrini verib. Cinayətkar qrupun İŞİD-ə aid olub-olmaması haqda məlumat yoxdur.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm