İvanişvili ikiarvadlılığa görə məhkəmə qarşısına çıxa bilər – İttiham (VİDEO)
Bizi izləyin

Dünya

İvanişvili ikiarvadlılığa görə məhkəmə qarşısına çıxa bilər – İttiham (VİDEO)

Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvilinin keçmiş arvadı onu məhkəməyə verir.

Publika.az-ın verdiyi xəbərə görə, Gürcüstan mediasında Rusiya vətəndaşı olan İnqa Pavlovanın çıxışının yer aldığı video yayımlanıb. O, Gürcüstanın keçmiş baş nazirini ikiarvadlılıqda ittiham edib.

İnqa Pavlova iddia edir ki, 1991-ci ildə Parsidə İvanişviliyə ərə gedib və 1994-cü ildə ondan ayrılıb. Baş nazirin keçmiş arvadı yalnız yaxın vaxtlarda bilib ki, İvanişvili 1991-ci ildə Gürcüstanda Eke Xvedelidze ilə evlənib.

“Belə çıxır ki, İvanişvili 1991-ci ildən iki qadınla evlidir", - o bildirib.

İnqa Pavlova həmçinin sabiq baş nazirdən maliyyə kompensasiyasını tələb edir. Onun sözlərinə görə, İvanişvili və katibi Stanislav Polyakov Rusiyada 1994-cü ildən 2006-cı ilə qədər “Fatorial" şirkətindən onun adından istifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm