Soydaşlarımız "əl-Qaidə"nin əlində: Türkiyədə TIR əməliyyatının detalları
Bizi izləyin

Dünya

Soydaşlarımız "əl-Qaidə"nin əlində: Türkiyədə TIR əməliyyatının detalları

Cevizci Çobanbəydə Əl-Qaidəyə bağlı olan İŞİD terror təşkilatı ilə atışmalarda məğlub olmalarının ən böyük səbəbinin TIR-ların vaxtında gəlməməsi olduğunu deyib.“TIR-lar vaxtında çatsaydı savaşı qazana bilərdik”-deyə o bildirib

“Paralel dövlət” deyilən Türkiyədəki polis güclərinin yanvarın 1-də Hatayda, yanvarın 19-da isə Adana- Ceyhanda həyata keçirdiyi TIR basqınlarının məqsədi barədə ilginc məlumatlar yayılıb. İli araşdıran Adana prokurorluğu bunu “qarşı casusluq” fəaliyyəti olaraq qeyd edib. Prokurorluqda aparılan istintaqda TIR-larda MİT kəşfiyyatçılarının olduğu barədə deyilənlərə yer olmadığına qərar verilib. Qərarın detallarında TIR basqınlarının məqsədləri ilə bağlı önəmli məlumatlar yer alıb.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, Kırıkhan və Ceyhanda MİT-ə aid TIR-lara qarşı edilən basqınlar MİT-i xarici kəşfiyyat xidmətləri qarşısında çarəsiz və müdafiəsiz qoymaq məqsədini daşıyan əməliyyatlar olaraq göstərilir.
Türkiyənin terrorla mübarizə qanununun 10-cu maddəsi ilə Adana prokuroru Ali Doğanın apardığı istintaqın qərarı fevralın 10-u 2014-cü il tarixində çıxdı. 2014/24 saylı qərarın nəticə bölümündə TIR-lara yoldaşlıq edən MİT kəşfiyyatçılarına qarşı əməliyyatın yanlış olduğu göstərildi.

Qərarın ən vacib bölümü isə “İnformasiyanın qurulması və məqsədə uyğun qiymətləndirmə” adlı nəticə bölümüdür. Bu bölümdə TIR basqınlarının məqsədi açılır və bunun casusluq olduğu qeyd edilir. Bu dəyərləndirmədə TIR əməliyyatlarını təşkil edən və həyata keçirən şəxslərin casusluqdan məsuliyyətə cəlb edilməsi nəticəsini də çıxartmaq olar.

Ceyhana qədər niyə göz yumuldu?

Qərarın bu bölümündə yanvarın 19-da baş verən hadisənin Ankara tərəfindən əvvəlcədən xəbər verilməsinə baxmayaraq TIR-ların Ceyhana qədər niyə dayandırılmadığı açıq sual yaratdığı qeyd edilir. Basqına siqnal kəsici cihazlarla gedildiyi halda olayın mediada görüntü və yazılı şəkildə yayımlanması da maraqlıdır.

Bu bölümdə ən vacib cümlələrsə budur: “Ümumi olaraq Türkiyə Milli İstihbarat Təşkilatı ilə bağlı xəbərləri yaymaqla təsirsiz hala gətirilməsi, fəaliyyətləri və üzvləri deşifrə edilməsi, bu günə qədər Türkiyə sərhədlərində hər-hansı şəkildə fəaliyyət göstərən casusluq təşkilatlarının heç bir fəaliyyətinin bu formada ortaya çıxarılmaması da araşdırılması lazım olan məsələdir. Buradakı xəbərləri yaymaqla MİT-i istintaqla əlaqələndirmək, təşkilatın bütün fəaliyyətlərini, üzvlərini deşifrə etməklə Türkiyə kəşfiyyat təşkilatının xarici kəşfiyyat xidmətləri qarşısında çarəsiz və müdafiəsiz buraxmaq məqsədi daşıdığı kimi dəyərləndirilməlidir”.

Türkmən kəndlərinin "Əl-Qaidə"nin əlinə keçməsinə şərait yaradılıb?

Qərarda qanunlara və fəaliyyət mexanizmlərinə uyğun olaraq gizli fəaliyyət göstərən MİT-in bu cür əməliyyatlarla "əl-Qaidə" terror təşkilatı ilə bağlamağa cəhd edilməsi Türkiyəyə qarşı bir embarqonun tətbiq edilməsinə səbəb ola biləcək təmələn atılması kimi qeyd edilir. Qeyd edilir ki, TIR əməliyyatına görə, Hələb türkmənlərinə insani yardım göndərmək mümkün olmayıb: “Əl-Qaidə terror təşkilatı və onun qolu İŞİD terror təşkilatının bu günə qədər Suriyadakı Əsəd qüvvələri ilə müharibəyə girməməsi, ən son TIR hadisəsinin yanvarın 19-u 2014-cü il tarixində həyata keçirilməsindən etibarən 10 gün davam edən atışmalardan sonra heç bir insani və qida yarımı çatdırılmayan Hələbin türkmən Çobanbəy qəsəbəsinin tamamilə İŞİD təşkilatının əlinə keçməsi və türkmənlərin də Türkiyəyə sığınması sözügedən əməliyyatın hansı məqsədinin olduğunu ortaya çıxarır”.

Qərarda yanvarın 19-da baş verən olay belə qeyd edilir: “TIR-ların Adana Ceyhan girişlərində dayandırıldığı, burada MİT avtomobillərinə uzun lüləli silahların doğrulduğu, MİT əməkdaşlarının vəzifə başında olduqlarını deməsinə baxmayaraq qollarına qandal taxıldığı, TIR-larıda tapılan konteynerlərin açıldığı, kamera və fotolarla hər şeyin çəkildiyi, hadisə yerinə vəzifəli prokurorun gəldiyi, müxtəlif araşdırmalardan sonra avtomobillərin MİT-in Adana bölməsinin rəisinə təslim edilməsi başa düşülmüşdür”.

Qərarda MİT personalının vəzifə borcları xatırladılır və MİT-in fəaliyyət üsullarının gizlilik prinsipi daşıdığı diqqətə alındığında təşkilatın fəaliyyətinin aşığa çıxarılmasının cinayət məsuliyyəti olduğu deyilir.

Yardım gecikdi, türkmənlər öldü

Paralel dövlətin TIR əməliyyatı 9 türkmən kəndinin boşaldılması və minlərlə mülki şəxsin Türkiyə sərhədinə köçməsinə səbəb oldu. Suriya Demokratik Türkmən Hərəkatının qurucusu və sədr müavini Tarık Sulo Cevizci yardım gətirən TIR-lara qarşı əməliyyat keçirildiyi üçün qida və humanitar yarımın bir həftə gec gətirildiyini, buna görə də bir çox türkmənin öldüyünü bildirib.

Suriyada daxili müharibənin başlanmasından bu yana Türkiyədən gələn yardımlarla zülmə qatlandıqlarını deyən Cevizci TIR əməliyyatının onlarda bədbinlik yaratdığını bildirib. Suriyalı türkmənləri yardım TIR-larına qarşı təşkil edilən əməliyyatlarda qida və dərman yardımının bölgəyə bir həftə gec çatdığına görə kəndləri boşaltmaq məcburiyyətində qalıblar. Xüsusilə türkmənlərin çətin şəraitdə yaşadığı Çobanbəy mahalında 9 türkmən kəndi və 12 yaşayış məntəqəsi boşaldılıb.

Cevizci Çobanbəydə Əl-Qaidəyə bağlı olan İŞİD terror təşkilatı ilə atışmalarda məğlub olmalarının ən böyük səbəbinin TIR-ların vaxtında gəlməməsi olduğunu deyib.“TIR-lar vaxtında çatsaydı savaşı qazana bilərdik”-deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm