Fransada İŞİD şəbəkəsinə qarşı əməliyyat keçirildi
Bizi izləyin

Dünya

Fransada İŞİD şəbəkəsinə qarşı əməliyyat keçirildi

Fransa polisi səhər saatlarında keçirdiyi əməliyyatla İraq və Suriyaya döyüşçülər göndərən bir şəbəkəni dağıdıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, əməliyyat Fransa terrorla mübarizə qrupları tərəfindən paytaxt Paris başda olmaqla ölkənin cənubdakı Tuluza şəhəri və Normandiyadakı bir çox ünvanlarda həyata keçirilib.

Əməliyyat çərçivəsində saxlanılan şəbəkə üzvlərinin sayı açıqlanmayıb.

Fransa rəsmi qurumları ölkədən təxminən 1000 nəfərin İŞİD-ə qatıldığını təxmin edir. Onların təxminən 400-ü aktiv döyüş əməliyyatlarında iştirak edir. İŞİD-ə qatılanların dörddə biri sonradan müsəlman olan Fransa vətəndaşlarıdır.

Fransa ABŞ-ın İŞİD-ə qarşı təşkil etdiyi koalisiyada təmsil olunur. Fransa hərbi təyyarələri həm Suriya, həm də və İraqda İŞİD-ə avizərbələrin endirilməsində əhəmiyyətli rollardan birini üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm