Arvadına barışıq təklif etdi, sonra da küçədə bıçaqladı
Bizi izləyin

Dünya

Arvadına barışıq təklif etdi, sonra da küçədə bıçaqladı

44 yaşlı kişi bir ildir ki, ayrı yaşadığı 41 yaşlı həyat yoldaşını barışıq təklifini qəbul etmədiyi üçün küçənin ortasında bıçaqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağın Çorlu mahalında yaşayan Ufuk Durmaz xanımı Hayriye Durmazı bıçaqla qarnından yaralayıb. Hadisə şahidləri qadını xəstəxanaya çatdırıblar. Ər isə polis əməkdaşları tərəfindən yaxalanıb.

İddia edilir ki, Muhitin məhəlləsi, Bağlariçi 4-cü küçədə baş verən hadisə zamanı ər bir ildir ki, ayrı yaşadığı xanımına barışıq təklifi edib. Polisin məlumatında qeyd olunur ki, Ufuk Durmazla xanımı Hayriye Durmaz yola getmədikləri üçün ayrı yaşayıblar: «Bu səbəbdən də Ufuk Durmaz İstanbula yerləşib. Bu gün səhər saatlarında isə o, fabrikada çalışan həyat yoldaşı ilə aralarında yaranmış narazılığı yoluna qoymaq məqsədilə İstanbuldan Tekirdağa gəlib. Anidən Hayriye Durmazın qarşısına çıxan ər yenidən barışmaq istədiyini bildirib. Bu zaman onlar arasında mübahisə başlayıb. Nəticədə qadın «yox», deyə cavab verib. Bundan qəzəblənən ər özü ilə gətirdiyi bıçaqla xanımının qarnına bıçaqla vurub».

Arvadını bıçaqladıqdan sonra hadisə yerini tərk edən ər Atatürk bulvarında İstanbula yola düşən avtobusa minərkən polis əməkdaşları tərəfindən yaxalanıb. O, ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.

Faktla bağlı araşdıramalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm